Protez (Sabit və Çıxarıla bilən)
Diş çatışmazlığı zamanı ağız funksiyasını, çeynəməni və estetik görünüşü bərpa edən protezlər müxtəlif növlərdə tətbiq olunur: sabit (kron və körpülər), çıxarıla bilən, həmçinin implant üzərində formalaşdırılan protezlər.
Sabit protezlər yüksək davamlılıq və estetik təmin edir, çıxarıla bilən protezlər isə çoxlu diş itkisi olan pasiyentlər üçün rahat və funksional həll sayılır.
Müayinədən sonra həkim sizin çənə quruluşunuza, toxuma vəziyyətinə və diş itkisi miqdarına uyğun ən ideal protez növünü təyin edir.