FAQ

Dentera sizə yalnız dişlərinizi deyil, həyatınızı da dəyişdirəcək bir təbəssüm bəxş edir!

1Klinikanızda hansı stomatoloji xidmətlər təqdim olunur?

Klinikamızda ümumi stomatologiya, ortodontiya,  estetik stomatologiya, protezləmə və profilaktik müalicə xidmətləri təqdim edirik. Məqsədimiz pasiyentlərimizə sağlam dişlər və gözəl gülüş qazandırmaqdır.

2Diş həkiminə nə qədər müddətdən bir getməliyəm?

Diş sağlamlığınızı qorumaq üçün hər 6 ayda bir müayinədən keçmək tövsiyə olunur. Lakin diş problemləriniz varsa və ya xüsusi müalicə alırsınızsa, həkiminiz müayinələrin tezliyini təyin edəcək.

3İlk müayinə zamanı nə baş verir?

İlk müayinə zamanı həkim dişlərinizin və diş ətlərinizin vəziyyətini yoxlayır, rentgen çəkilə bilər və sizə uyğun müalicə planı hazırlanır.

4Diş ağartma dişlərə zərər verirmi?

Peşəkar şəkildə aparılan diş ağartma prosedurları dişlərin emal qatına zərər vermir. Müalicə sonrası həkiminiz tərəfindən tövsiyə edilən qaydalara riayət etmək vacibdir.

5Breketlər və şəffaf kapalar arasındakı fərq nədir?

Breketlər dişlərə yapışdırılan metal və ya keramika sistemləridir. Şəffaf kapalar isə çıxarıla bilən, demək olar ki, görünməz olan ortodontik müalicə vasitəsidir. Hər ikisi dişlərin düzləndirilməsinə kömək edir.

6Diş implantları nə qədər davamlıdır?

Düzgün qulluq edildikdə diş implantları ömür boyu qala bilər. Müntəzəm diş həkimi müayinəsi və düzgün ağız gigiyenası implantların uzunömürlü olmasına kömək edir.

7Dişim qırılıbsa, nə etməliyəm?

Qırılan diş hissəsini saxlamağa çalışın və dərhal diş həkiminə müraciət edin. Ağrını azaltmaq üçün ağızınızı ilıq su ilə yuyun və soyuq kompres tətbiq edin.

8Diş ağrısı zamanı nə etməliyəm?

Diş ağrısı baş verərsə, ağrıyan yeri ilıq su ilə yuyun və dişləriniz arasında qalan qidaları çıxarın. Ağrıkəsici qəbul edə bilərsiniz, lakin mütləq ən qısa zamanda diş həkiminə müraciət edin.

9Ödəniş üsulları hansılardır?

Klinikamızda nağd, kredit kartı və bank köçürməsi ilə ödəniş mümkündür. Bəzi hallarda hissə-hissə ödəmə imkanı da təklif olunur.