Blog Image
Diş əti baxımı necə edilməlidir?

Diş əti sağlamlığı ümumi ağız və diş sağlamlığının əsas sütunlarından biridir. Çox zaman insanlar yalnız dişlərin görünüşünə və çürümələrə diqqət yetirsə də, əslində dişləri saxlayan əsas toxuma diş ətidir. Sağlam diş əti olmadıqda, ən sağlam dişlər belə zamanla zəifləyə və itirilə bilər.

Diş əti problemləri ilkin mərhələdə çox zaman ağrısız keçdiyi üçün insanlar bu vəziyyəti gec fərq edir. Lakin vaxtında görülməyən diş əti xəstəlikləri qanama, iltihab, ağız qoxusu, dişlərin boşalması və hətta diş itkisi ilə nəticələnə bilər. Müasir stomatologiya isə diş əti problemlərinin qarşısını almağın ən effektiv yolunun düzgün və davamlı baxım olduğunu vurğulayır.

Bu bloqda diş əti baxımının niyə vacib olduğunu, gündəlik olaraq nələrə diqqət edilməli olduğunu və peşəkar diş əti baxımının rolunu ətraflı izah edirik.

Diş əti sağlamlığı niyə bu qədər vacibdir?

Diş əti dişləri çənə sümüyünə bağlayan və onları qoruyan əsas toxumadır. Sağlam diş əti:

  • dişləri möhkəm saxlayır
  • bakteriyalara qarşı qoruyucu baryer rolunu oynayır
  • çeynəmə zamanı yükün düzgün paylanmasını təmin edir

Diş əti iltihabı (gingivit) və daha irəli mərhələdə parodontit kimi xəstəliklər yalnız ağız boşluğunu deyil, ümumi sağlamlığı da təsir edə bilər. Araşdırmalar göstərir ki, uzunmüddətli diş əti problemləri ürək-damar xəstəlikləri və şəkərli diabet kimi problemlərlə də əlaqəli ola bilər.

Diş əti problemləri niyə yaranır?

Ən əsas səbəb diş və diş əti sərhədində yığılan bakterial lövhədir. Bu lövhə vaxtında təmizlənmədikdə bərkiyərək diş daşına çevrilir və diş əti toxumasını qıcıqlandırır. Diş daşları diş əti üçün “daimi irritasiya” yaradır və nəticədə qanama, şişkinlik, qızartı kimi əlamətlər meydana çıxır. Siqaret istifadəsi, stress, zəif immunitet, hormonal dəyişikliklər, düzgün olmayan fırçalama texnikası və hətta dişlərin sıx düzülməsi də bu prosesi sürətləndirə bilər. Məsələn, dişlər çox sıxdırsa, təmizləmə çətinləşir və diş əti problemləri daha asan yaranır.

Gündəlik diş əti baxımı necə aparılmalıdır?

Diş əti sağlamlığını qorumağın əsas yolu düzgün gündəlik baxımdır. Bunun üçün bir neçə vacib qaydaya əməl etmək kifayətdir.

Düzgün diş fırçalama texnikası

Dişlər gündə ən azı 2 dəfə, yumşaq və ya orta sərtlikdə diş fırçası ilə fırçalanmalıdır. Fırçalama zamanı:

  • diş əti–diş sərhədinə xüsusi diqqət yetirilməli
  • sərt hərəkətlərdən qaçınılmalı
  • fırça diş ətinə 45 dərəcə bucaq altında tutulmalıdır

Bu yanaşma diş ətini zədələmədən təmizləməyə kömək edir.

Diş ipi və arayüz təmizliyi

Təkcə diş fırçası dişlərin arasındakı qalıqları tam təmizləyə bilmir. Bu səbəbdən gündə ən azı bir dəfə diş ipindən istifadə etmək tövsiyə olunur. Diş ipi:

  • diş aralarındakı bakteriyaları təmizləyir
  • diş əti iltihabının qarşısını alır
  • ağız qoxusunu azaldır

Ağız yaxalayıcı məhlullar

Antibakterial ağız yaxalayıcılar diş əti baxımında əlavə qoruyucu rol oynayır. Xüsusilə diş əti qanaması və həssaslıq olan hallarda bu məhlullar faydalıdır. Lakin ağız yaxalayıcılar diş fırçasını əvəz etmir, yalnız tamamlayıcı rol oynayır.

Diş və diş ətləri necə gücləndirilir?

Diş və diş ətlərini gücləndirmək üçün aşağıdakı addımları tövsiyə edirik:

Vitamin çatışmazlıqlarını aradan qaldırın.
Cəmiyyətin böyük bir hissəsi diş sağlamlığını əsasən kalsiumla əlaqələndirir. Halbuki ağız və diş sağlamlığı təkcə bir vitaminlə məhdudlaşmır. Xüsusilə C vitamini çatışmazlığının aradan qaldırılması diş əti sağlamlığı üçün olduqca vacibdir. C vitamini diş əti toxumasını gücləndirir və qanamaların qarşısını almağa kömək edir.

Əlamətləri vaxtında fərq edin.
Ağız boşluğunda yaranan xəstəliklər özünü müxtəlif əlamətlərlə büruzə verir. Hər gün dişlərinizi və diş ətlərinizi diqqətlə yoxlamaq bu əlamətləri erkən mərhələdə aşkar etməyə kömək edə bilər. Məsələn, diş əti qanaması müşahidə edirsinizsə, bu, diş əti sağlamlığında problem olduğuna işarədir. Belə hallarda vaxt itirmədən mütəxəssis müayinəsindən keçmək tövsiyə olunur.

Qarqara edin.
Diş əti baxımında qargara istifadəsi geniş yayılmış və faydalı üsullardan biridir. Həftədə iki və ya üç dəfə uyğun ağız yaxalayıcı məhlullarla qargara etmək diş və diş ətlərinin möhkəmlənməsinə kömək edir.

Doğru diş məcununu seçin.
Diş məcunları müxtəlif xüsusiyyətlərə malik olaraq istehsal olunur. Bu məhsullar arasından ağız quruluşunuza və ehtiyacınıza ən uyğun olanını seçmək vacibdir. Zəruri hallarda stomatoloqdan diş məcunu ilə bağlı məsləhət almaq daha düzgün seçim etməyə kömək edər.

Bol maye qəbul edin.
Gün ərzində kifayət qədər su içmək diş ətlərinin sağlam qalmasını asanlaşdırır. Su diş əti toxumasının canlılığını qoruyur və ağız quruluğunun qarşısını alır.

 

Diş əti qanaması normaldırmı?

Diş fırçaladıqda qanama “normal” sayılmır. Qanama çox vaxt diş ətində iltihabın başlanğıc siqnalıdır. İnsanlar bəzən “qanayır deyə fırçalamıram” deyir, amma bu daha da pis nəticə verir. Çünki təmizləmə dayananda bakteriyalar daha çox yığılır və iltihab dərinləşir. Əgər qanama 3–5 gündən çox davam edirsə, ağız qoxusu və diş əti şişkinliyi ilə birlikdə gedirsə, mütləq müayinəyə ehtiyac var.

Peşəkar diş əti baxımı nə vaxt lazımdır?

Ev baxımı nə qədər yaxşı olsa da, diş daşı yaranıbsa, onu ev şəraitində təmizləmək mümkün deyil. Diş daşı diş əti altında və dişlə diş əti sərhədində yığılır və iltihabı davamlı saxlayır. Buna görə periodik olaraq peşəkar təmizləmə çox önəmlidir. Klinikada aparılan diş daşı təmizlənməsi, diş əti ciblərinin qiymətləndirilməsi və ümumi müayinə diş əti problemlərinin ağırlaşmadan qarşısını almağa kömək edir.

Diş əti baxımı edilməzsə nə baş verə bilər?

Əvvəlcə sadəcə qanama və yüngül şişkinlik olur. Sonra diş əti çəkilməyə başlayır, dişlərin kök hissəsi açıq qalır və həssaslıq artır. Növbəti mərhələdə artıq dişləri saxlayan toxumalar zəifləyir, dişlər boşala bilər və diş itkisinə qədər gedib çıxar. Bu mərhələdə müalicə daha uzun, daha çətin və daha bahalı olur. Halbuki düzgün gündəlik baxım və vaxtında peşəkar müdaxilə ilə bu problemlərin böyük hissəsinin qarşısını almaq mümkündür.

Nəticə

Diş əti baxımı sağlam gülüşün “görünməyən əsasını” təşkil edir. Dişlərin estetik görünməsi qədər, onları qoruyan diş ətinin sağlam olması da vacibdir. Əgər diş ətində qanama, həssaslıq, şişkinlik və ya ağız qoxusu kimi əlamətlər hiss edirsənsə, bunu gecikdirmədən yoxlatdırmaq ən doğru addımdır.

Bu mərhələdə düzgün klinika seçimi çox önəmlidir. Dentera Clinics müasir yanaşma, peşəkar müayinələr və fərdi baxım planları ilə diş əti problemlərinin erkən mərhələdə aşkarlanmasına və idarə olunmasına kömək edir. Klinika daxilində müalicələr pasiyentlər üçün daha rahat olsun deyə faizsiz kredit imkanızaminsiz və ilkin ödənişsiz şərtlər də təqdim olunur.

FAQ – Tez-tez verilən suallar

  1. Diş və diş ətlərini gücləndirmək nə qədər vaxt aparır?
    Bu, insanın ağız sağlamlığı vəziyyətinə və gündəlik baxım vərdişlərinə görə dəyişir. Düzgün qulluq edildikdə ilk müsbət dəyişikliklər adətən bir neçə həftə ərzində hiss olunur. Lakin uzunmüddətli nəticə üçün davamlı baxım vacibdir.
  2. Diş əti qanaması həmişə xəstəlik əlamətidirmi?
    Diş əti qanaması çox vaxt iltihabın ilkin göstəricisidir və normal hal hesab olunmur. Xüsusilə müntəzəm olaraq təkrarlanırsa, stomatoloji müayinə tövsiyə olunur.
  3. Təkcə diş fırçalamaq diş əti sağlamlığı üçün kifayət edirmi?
    Xeyr. Diş fırçalama əsas addımdır, lakin diş ipi, arayüz təmizliyi və ehtiyac olduqda ağız yaxalayıcıların istifadəsi diş əti sağlamlığını qorumaq üçün çox önəmlidir.
  4. Hər kəs qargara istifadə etməlidirmi?
    Qargara hər kəs üçün məcburi deyil. Lakin diş əti həssaslığı, qanama və ya ağız qoxusu olan şəxslər üçün faydalı ola bilər. Ən doğru seçimi stomatoloq məsləhəti ilə etmək tövsiyə olunur.
  5. Vitamin çatışmazlığı diş əti problemlərinə səbəb ola bilərmi?
    Bəli. Xüsusilə C vitamini çatışmazlığı diş əti qanaması və zəifləməsinə səbəb ola bilər. Balanslı qidalanma və lazım gəldikdə vitamin dəstəyi ağız sağlamlığı üçün önəmlidir.